Azərbaycanda gənclərin işsizlik problemi

Azərbaycanda gənclərin işsizlik problemi

İndiki zamanda düşünürəm ki, ölkəmizdə ən öndə gedən əsas prolemlərdən biri gənclərin işsizlik problemidir. Universiteti bitirmiş gənc bizim ölkədə hansısa ixtisasına uyğun və ya ixtisasasına yaxın bir sahəyə müraciət edərkən ondan iş təcrübəsi tələb olunur. Axı gənc haradansa başlamalıdır. Bütün müəssisələr, xüsusən də özəl müəssisələr azı bir neçə illik iş təcrübəsi tələb edir. Bu azmış kimi əlavə olaraq yeri gəldi gəlmədi xarici dil biliyi mükəmməl olmalıdır, kompüteri əla bilməlidir və s. kimi şərtlər. Əgər yalnız tələb etdikləri kimi həqiqətən işçi seçib götürərlərsə bu müəssisələrdə iş prosesində hiss olunmalıdır. Lakin təəssüf ki, bunu o qədər də hiss etmirik müşahidələrimizdə. İstər işçilərin davranış və keyfiyyətində, istərsə də məhsuldarlıqlarında. Demək burda o zaman iki amil müşahidə olunur:

1. Müəssisələr tanışlıq, qohumluq vasitələriylə işçi götürürlə

2. İnternet və digər başqa elan vasitələrində verdikləri iş elanları ilin  sonunda statistika idarəsinə sübut üçün verilən formal bir şeydir.

 

 

 

Şərh