Müsahibə zamanı nə etməli?

Müsahibə zamanı nə etməli?

Şirkətlərin boş iş elanlarına müraciət edirsiniz. CV – niz diqqəti cəlb etdikdə və şirkətin tələblərinə uyğun gəldikdə isə müsahibəyə dəvət edilirsiniz. Qeyd edək ki, eyni zamanda sizinlə bərabər bir neçə namizədlər də müsahibəyə dəvət edilirlər.

Bəs digər namizədlərdən seçilmək üçün nə etməli?

İndi sizə müsahibələr zamanı diqqət etməli olduğunuz kiçik, önəmli  ipucları təqdim edirik.

1. Düzgün geyinin.
Dəblə geyinmək, diqqət çəkməyə çalışmağa ehtiyac yoxdur. Ağ köynək, qara kostyum hər zaman ən yaxşı seçimdir.

2. Qol saatı taxın.
Qol saatı insanı nizam-intizamlı insan kimi xarakterizə edir. Saatın geyiminizlə uyğun gəlməsinə diqqət edin.

3. Gözlərinə baxın, yerə baxmayın.
Müsahibənin 60-70 % – i qarşınızdakının gözlərinə baxmaqla keçməlidir. Yerdə qalan vaxtda isə hara baxırsınızsa, baxın amma yerə baxmayın.

4. Gülümsəyin.
Çox gülməyə ehtiyac yoxdur, arada gülümsəyin, pozitiv olun yetər.

5. Dik dayanın.
Beli bükmək özünə güvənməyən insanlara xasdır.

6. Rahat hərəkət edin.
Özünüzü elə aparın ki, sanki bu ofisdə artıq çoxdandır işləyirsiniz.

7. Aramla və astadan danışın.
Səsinizi qaldırmıyın, yaxud çox sürətlə danışmayın. Rahat danışmaq lazımdır. “aaaa”, “ıııı” kimi səsləri də çox çıxartmayın.

8. Qarşınızdakını təqlid edin.
Onun içdiyi içkidən siz də için, işlətdiyi sözləri cümlədə siz də işlədin. Bu yolla ona yaxınlıq göstərmiş olacaqsınız.

9. CV- nizi oxumayın.
Özünüz haqda danışdıq da CV- nizdə yazılan kimi maddə – maddə deyil, normal cümlələr quraraq danışın.

10. Uğur hekayənizi danışın.
Qazandığınız bir mükafatı, yaxud önəmli uğurunuzu bir hekayə kimi danışın.

Hər birinizə arzuladığınız işi tapmaqda uğurlar arzu edəm.

shutterstock_6664213_crop380w

Şərh ( 1 )

  1. Ramal Məstiyev
    15-03-2015 15:03

    Bir cox musahibelede olmusham,yzdiglriniz da dogruluq payi yuksek derecede var

Şərh