Dahi Riyaziyyatçı Ruh haqqında teoremi isbat etdi.

Dahi Riyaziyyatçı Ruh haqqında teoremi isbat etdi.

 

Qriqori Perelman dünyanin ən dahi riyaziyyatçılarından biridir. 1966-ci ildə Leninqrad da yəhudi ailəsində anadan olub. Atası onları atıb İsrailə köçəndə, Qriqori uşaq yaşlarında riyaziyyat müəllimi olan anasının himayəsində qalır. O qədər savadlı uşaq olur ki, onu Macarıstana riyaziyyat olimpiadasına dəvət edirlər. Dünyanin 400 ən güclü riyaziyyatçısı arasında bütün tapşırıqları səhvsiz həll edərək, olimpiadanın çempionu adını qazanır. Daha sonra Qriqori imtahansız, Leninqraddakı mexanika riyaziyyat universitetinə qəbul edilir. O. SSRİ-də Lenin təqaüdü alan tək-tük tələbələrdən biri idi. Gənc yaşlarında Avropa, Amerika universitetlərində riyaziyyatdan muhazirələr oxuyurdu.

1794585_574750909284699_1700131560_n

1994-cü ildə Qriqori Perelman Ruh haqqında teoremi isbat etdi. Dünyaya naməlum olan Puankare hipotezini incələyərək onu isbat etdi və onun fəlakəti də bundan sonra başladı. Sözün həqiqi mənasında professor dəli oldu və hər dəfə ona söyləyəndəki, sizi Fransaya, Amerikaya, İngiltərəyə mühazirə üçün dəvət edirlər. Bu zaman Qriqori sual edirdi ki, “Nə qədər gonorar verirlər?”. Cavab isə rəngarəng olurdu. 500 min dollardan tutmuş 1 milyon dollaradək. Qriqori isə üz, gözünü turşudaraq heç bir təklifi qəbul etmirdi. Onu dünyanın ən mötəbər, elmi medalı olan Filds medalı ilə təltif etdilər və o, mükafatı belə almağa getmədi. 2003-cü ildən bəri Qriqori Perelman Leninqradda anasının yanına gəldi və tək otağa qapandı. Ta bugünədək, özünə qapalı həyat tərzi ilə ömür sürür.

 

Şərh ( 1 )

  1. Ziya Isgenderov
    12-03-2015 16:54

    Bunun heyatidindan elave, teoremin isbati yoxdu... Bunu hardan oxuya bilerem?

Şərh