Senaye tehlukesizliyi

Senaye tehlukesizliyi

Respublikamızda kimya və neft – kimya sənayesinin inkişafı keçən əsrin 50 – 60 – cı illərindən geniş inkişaf etməyə başlamışdır. İlk olaraq Sumqayit şəhərində sintetik kauçuk zavodu və digər kimya zavodlarının tikintisinə başlanmışdır. Sintetik kauçuk istehsalında istifadə olunan xammal və materiallar sırasında neft məhsulları, o cümlədən sintetik etil spirti, sulfat turşusu və digər maddələr istifadə olunduğundan sonralar etil, izopropil spirtləri, kontakt üsulu ilə sulfat turşusu və s. istehsal edən qurğular, istehsal sahələri yaradıldı. Keçən əsrin 70 – ci illərində elmi - texniki tərəqqinin və iqtisadiyyatın sürətli inkişafı yeni məhsulların istehsal edilməsi təlabatını yaratdı. Xüsusilə belə məhsullar sırasına məişətdə istifadə edilən polimerpolietilen malları daxil edilmişdir. Belə materiallardan iqtisadiyyatın müxtəlif sahələrində geniş miqyasda istifadə olunur və onlara təlabat günü – gündən artmaqdadır. Artan təlabatı nəzərə almaq 1980 – ci illərdə Sumqayıt sənaye kompleksində mühüm əhəmiyyət kəsb edən yeni bir kimya kompleksi – etilen – polietilen qurğusu tikilib istifadəyə verildi. Onun istehsal etdiyi məhsullar ölkəmizin təlabatını ödəməklə bərabər bir sıra xarici ölkələrə ixrac edilir.

Etilen – polietilen qurğusu ( EP – 300 ) olduqca mürkkəb, həm də müasir texnoloji kompleksdir. Burada əsas xammal kimi benzindən istifadə olunur. Texnoloji prosesdən üzvi birləşmələrdən ibarət ağır franksiya formasında qalıq əmələ gəlir. Bu qalıq əsasən qətranlardan, müxtəlif doymuş və doymamış karbohidrogenlərdən, o cümlədən aromatik birləşmələrdən ibarətdir. Bu franksiyadan qiymətli məhsulların alınması qurğuların bir hissəsi olan piroliz şöbəsi ( E – 5 sexi ) aparılır.

Texnoloji proses yüksək temperatur yaratmaq üçün sobalardan, təzyiq altında işləyən kompressorlardan, müxtəlif nasos və boru kəmərlərindən, eləcə də digər kommunukasiyalardan, nəzarət ölçü cihazlarından ibarətdir.

Bu avadanlıqların istismarı, təmizlənməsi və təmiri olduqca təhlükəlidir.

Digər tərəfdən piroliz prosesində yüksək temperatur və təzyiqdən istifadə olmaması ilə bərabər alınan – ayrılan qazlar – metan, etan, propan və s. yüksək yanğın – partlayış təhlükəli maddələrdir.

Ona görə də piroliz qazlarının ayrılması prosesində əmək nizam – intizamı ilə bərabər yüksək səviyyədə təhlükəsiz iş şəraitinin yaradılması olduqca zəruri və aktualdır.

Buna isə qurğu üzrə qəza halları, onların aradan qaldırılması planının işlənib hazırlanması və onlara cəm əməl olunması ilə nail olmaq olar

Şərh