Dini kəlamlar

Dini kəlamlar

1. İnsanların ən xeyirlisi, insanlara ən faydalı olanıdır. (Hz. Məhəmməd ( S.A.V) )

2. Allah sevdiyi bəndəsinə əzab verməz. Onu sadəcə çətinliklərlə imtahan edər. (Hz. Məhəmməd ( S.A.V) )

3. Qəzəb hər bir pisliyin açarıdır. Hz. İmam Sadiq(ə)

4.  Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən. Hz. İmam Sadiq(ə) 
 
5. Heç bir şey namaz qədər şeytanın burnunu yerə sürtmür. Belə isə namaz qılın və şeytanın burnunu yerə sürtün. Hz. İmam Mehdi(ə)

6.  İnsanların iman cəhətdən ən kamili əxlaqı gözəl olan şəxsdir. Hz. İmam Baqir(ə)

7. Yaxşılıq, xoşluq zamanında hər kəs candır, dostdur. Lakin dərd və çətinlik zamanı gəldiyində anlarsan ki, Allahdan başqa dost yoxdur. Hz. Mövlana  

8.  Ey insan! Öləcəyin günü bilmirsən; heç olmazsa ölümlü olduğunu bil! (Hz. Mövlana)

9.  Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür. Hz. İmam Hüseyn(ə)
 
10. İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.Hz. Hüseyn(ə)

Şərh