“google”dan mobil operator: “project fi”

“google”dan mobil operator: “project fi”

“Google” şirkəti “Project Fi”adlı yeni mobil bağlantı layihəsini təqdim edib.

Technews.az “Ukrainianiphone.com”ya istinadən bildirir ki, şirkət bununla  kəsintisiz və sürətli bağlantı yaradacaq.

“Project Fi” xidmətindən telefon, kompüter və planşetdə yüksək internet üçün istifadə edə bilərsiniz. Yəni, “Google” üzərindən alacağınız internet paketiylə internetə bağlanan hər cihazınız hər yerdə internetə daxil olmağınızı təmin edəcək.

Proqramın digər xüsusi özəlliyindən biri də odur ki, “Project Fi” xidmətindən yararlanan istifadəçi tək bir telefon nömrəsi üzərindən bu bağlantını həm telefonundan, həm planşetindən, həm də kompüterindən həyata keçirə biləcək.

Bununla yanaşı sms və zəng etmək üçün bu cihazlardan faydalana biləcək. Bu mesaj və zəng xidməti pulsuz və limitsiz olacaq.

Şərh