Marketinqdə bazarın rəqabətliliyinin təhlili.

Marketinqdə bazarın rəqabətliliyinin təhlili.

Bazarın rəqabətliliyinin təhlinin müasir menecment-marketinq nəzəriyyəsində müxtəlif modelləri mövcuddur. Onlardan hər biri rəqabətliliyin müxtəlif faktorlarına əsaslanaraq fərqli yanaşmalar təşkil edir. Rəqabətliliyin müəyyən edilməsinin klassik modeli Ştakelberq tərəfindən işlənmişdir (aşağıdakı şəkil). Bu modelin əsasında iki faktor dayanır - alıcıların sayı və satıcıların sayı.
Dİqqətlə fikir versək görərik ki, belə bir təsnifləşdirilmiş sistemi biz gündəlik həyatımızda rəqabətli bazarları qiymətləndirərkən istifadə edirik: "Satıcı bazarı" - monopoliya, "Alıcı bazarı" - monopsoniya, "rəqabətlilik" - "İkitərəfli polipoliya". 
Aydın məsələdir ki, xalis şəkildə Ştakelberqin təqdim etdiyi metodika üzrə rəqabətliliyin müəyyən edilməsi bazarda çox nadir halda rast gəlinir. Lakin bu sistemə "bazarda dominantlıq vəziyyəti" anlayışını əlavə etsək modelin əhəmiyyəti artır.

Dominantlıq mövqeyi. Bir və ya bir neçə təsərrüfat subyektlərinə bazarda həlledici təsir etmək bacarığı verən, müvafiq məhsul üzrə bazarda olan digər subyektrləri sıxışdıra bilən və ora daxil olmaq istəyənə əngəllər yaradan imkanlardı. 
Bazarda belə bir mövqeyə malik və rəqabətə təsir etmək bacarığına malik subyektləri müəyyən etmək dövlətin əsas funksiyalarından biridir. Azərbaycanda bunun tənzimlənməsi üzrə “Antiinhisar fəaliyyəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” mövcuddur. Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. 
Dünyanın bir çox ölkələrində antiinhisar tənzimlənməsi mövcud olduğuna görə, şirkət bazarda rəqabətli fəaliyyət strategiyasının müəyyən edilməsini, dövlətin fəaliyyətini nəzər almalıdır. Bu ona görə lazımdır ki, əgər şirkətin bazarda olan inhisar fəaliyyəti normalara cavab vermədiyi təqdirdə dövlət müvafiq tədbirləri görə bilər. 
Misal üçün Rusiyanın Kalinqrad komissiyasının müəyyən etdiyi faktı göstərmək olar. 
«ЛУКОЙЛ-Северо-Западнефтепродукт» açıq tipli səhimdar cəmiyyəti 2010 cu ilin 4-cü rübündə yanacağa olan qiymətlərin ümumi artımında istifadə edərək (bu artım öz xərclərinin dəyişməməsi mövqeyində belə, A-80, 92 və 95 oktanlı benzinə olan alış qiyməti qaldırılması ilə əlaqədar idi) öz xərclərinin aşağı düşməsinə baxmayaraq qiymətləri yüksək səviyyədə saxlamışdır və aşağı salmamışdır. Bununla əlaqədar olaraq Rusiya dövləti şirkəti 9.5 mln rubl civarında cərimələmişdir. 
Son bir il ərzində Azərbaycanda baş vermiş ikiqat devalvasiya nəticəsində “boşluqların” yaranmasından istifadə etməyə çalışan iri və kiçik sahibkarlıq subyektləri də dövlətin nəzarətindən kənarda qalmamışdır. İqtisadiyyat nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti xüsusən son zamanlar gücləndirilmiş iş rejiminə keçmişdir. Bəzi hallarda ölkəmizdə istehsal olunan məhsulların xərclərinin təxmini 10 % qalxmasına cavab olaraq məhsul qiymətləri buna cavab olaraq 20-30 bəzən isə 50 faiz artırılır. Qeyd etmək lazımdır ki, dövlət üçün hər bir sahibkar və məhsul üzrə bu mexanizmin tətbiq edilib tənzimlənməsi çox çətin və vaxtaparan prosesdir, burada ictimai qınaq, alıcıların birliyi (M.Porterin 5 güc modeli) dövlətin tənzimlənməsinə kömək olaraq aparılmalıdır. Yalnız bu halda süni qiymət artımı aradan qaldırıla bilər. Bu halda alıcılığın kəskin aşağı düşməsi satıcıları düzgün hesablama aparmağa vadar edəcək və onlar qiymət artımını yalnız mövcud şəraitə uyğunlaşdıracaq.

Biznes-təlimçi 
Ruslan İsrafilov

Şərh