Qənaət etdikcə məmnunluq azalır ???

Qənaət etdikcə məmnunluq azalır ???

Həmişə deyərdilər ki, artıq pullar olmur, artıq problemlər olur. İstər istirahətə yollananda istər internetlə xaricdən məhsul sifariş verəndə istərsə də bir yerə taksi ilə gedəndə həmişə qənaət etməyi düşünmüşük. Necə?? İstirahətə gedəndə ən yaxın dostlarımızdan biri ilə getməyə çalışırıq ki, kirayə tutduğumuz evin pulunun yarısını ödəyək. Taksi sifariş verəndə iki üç nəfər arasında hesabı bölək və ya internetlə alış-veriş zamanı çatdırılma pulları bir neçə adam arasında bölünsün. Etiraf etmək lazımdır ki, pulu xərcləmək üçün də məntiq lazımdır bu qaçılmazdır. Amma bir məsələyə fikrivizi yönəltmək istəyirəm. Təsəvvür edin ki, istirahətə o qədər də tanımadığınız bir adamla gedirsiz və kirayələdiyiniz mənzildə qalırsınız. Birdən gecə saat 2 tamamda oyanırsız və sizin dostunuzun nəriltili xorultusun eşidirsiz. Və ya taksidə bir neçə nəfərlə eyni istiqamətdə gedəndə onlardan biri pulunun evdə qaldığın qeyd edir və ya neqativ fikirləri ilə sizin beyninizin kəllə sümüyündə 2 dəfə fırlanmasını təmin edir. Elə bu anlarda öz-özlüyündə deyirsən ki, kaş pulun hamsını verərdim tam rahat gedib mənzil başına çatardım. 
Digər bir misal, bazara gedəndə hər üç qiymətə alma görəcəksiz. Aşağı keyfiyyətli orta keyfiyyətli və əla növ. Dəfələrlə sınaqda keçmiş bir məqamdır ki, doğurdan da ucuz ətin şorbası olmur. Bu həqiqətdir. Bir az aşağı qiymətə aldığınız meyvə və tərəvəzin çürük yerlərinin təmizlədikdən sonra və ya evə gətirəndə onların o əlasının təzəliyinə malik olmadığını görəndə doğurdan peşman olursuz??? Bəli olursuz! Amma bu peşmançılıq kimdəsə qabarıq kimdəsə ötəri olduğu üçün bir o qədər də diqqəti çəkmir. Deyirsən “kaş 1 kiloqram alardım amma o yaxşısından alardım”. 
Amma bu məsələnin bir incə məqamı var.
Marketoloqlar konservativ və skeptik tərzdə davranışa malik olan alıcıların “bahadır keyfiyyətlidir” prinsiplərindən istifadə edərək hər 100 banknotu rezinlə bağlanan pullar qazanırlar. Necə???
Bazarda məhsulların əksəriyyətinin optimal bir keyfiyyətə malik olan “qızıl ortası” var. Və bu məhsulun da orta bir qiyməti var. Digər tərəfdən bu məhsulun müxtəlif modifikasiyaları (kiçik dəyişikliyə uğramış) da var. Məsələ ondadır ki, müəyyən bir məbləğdən sonra məhsulun alıcıya verdiyi faydalılıq və onun məhsuldan aldığı məmnunluq demək olar ki sabit qalır. Buna misal olaraq “daha da təkmilləşdirilmiş”, “novinka” və s ola bilər. Burada ən dəhşətlisi odur ki, alıcının qüruru onun özünə qoyduğu hörməti məhsul haqqında bilgilərindən yuxarı qoymağı onun orta hədd bir satış qiymətindən məmnunluğunu artırmayan faydalılığa görə əlavə pulların ödəməsidir. Təbii ki, bura məşhur brendlərin təqdim etdiyi məhsullar aid deyil (BMW ilə Lada müqayisə etmək düzgün deyil). Digər tərəfdən həqiqətən bəzi hallarda alıcının aldığı faydalılığa uyğun ödədiyi pul düz mütənasib olur. Hər hansı elektrik cihazını alanda korpusun möhkəm plastikdən və ya metaldan olması keyfiyyətə müvafiq ödənilən pul mənasını verir. Lakin kombinin daha da təkmilləşdirilmiş versiyası 20 manat bahadırsa bu sizə gərək deyil məncə. Nəyin konkret təkmilləşdirilməsindən söhbət gedir sualını alıcıya versəniz siz dəqiq cavabı ala bilməyəcəksiz. 
İstənilən məhsulu almazdan əvvəl onu diqqətlə araşdırın və yaxınlardan soruşun. Əlavə ödədiyiniz pul müqabilində məhsuldan hansı üstünlüyü, hansı yeni funksiyanı əldə edəcəksiz? Bu suala tam dəqiq cavab tapmayana kimi bahalı mal almayın. Çalışın aldanmayasız. Belə də ki, aldansaz belə bunu başa düşməyəcəksiz. Və sizdə olan məhsulun ən yaxşı olduğunu bilərək həyata davam edəcəksiz.

Biznes - təlimçi
Ruslan İsrafilov

Şərh