Bakı mənim sevgilimdi

Bakı mənim sevgilimdi

“Bakı mənim sevgilimdi”, desəm, görəsən inanan olarmı? Tamsəmimi deyirəm: “Bakı mənim sevgilimdi”. Babamız Nazimintəbirincə desək, bəlkə də lap dəqiq olar: “Mavi gözlü”sevgilim. Bakının gözlərimdəki böyüklüyü heç vaxt imkanverməyib ki, heyrətim azalsın, ona olan sevgim adiləşsin.İnsan həyatında “sevgililərin” sayı çox ola bilər, amma Bakıyahəyatda yaşanan ən ali sevgim kimi yanaşmışam. SevgiTanrının ən qutsal dəyəri oldugu üçün çalışmışam ki, buqutsallığı ona olduğu kimi çatdırım. Məsələn, mən heç vaxtbu şəhərdən ayrılıb başqa şəhərdə yaşamaram. Sözün düzü,heç yaşaya da bilmərəm. Hansısa bir iş üçün Bakıdan birneçə günlük ayrılıb harasa gedəndə belə, ürəyim Bakınınyanında qalır. Getdiyim yerdə nə qədər rahat olsam daBakının nəvazişi, qayğıları üçün darıxmağa başlayıram.Bakıya o qədər bağlanmışam ki, hərdən düşünürəm: “Tanrıməni parametrlərimə, komplekslərimə görə bu şəhər üçünyaradıb. Məndən nə Paris, nə Roma, nə də  İstanbulvətəndaşı olar. Paris vətəndaşı və ya müasir parametrlərəuyğun dünyəvi vətəndaş da heç vaxt ola bilmərəm. Parisli və ya dünyəvi vətəndaş hardan bilsin ki, Bakının özünəməxsusözəllikləri – şərəfli tarixi, qənirsiz təbiəti, zəngin ədəbiyyatı, folkloru, mədəniyyəti, adət-ənənəsi, mətbəxi... var.

Parisi yaxşı tanıyıram. O vaxt ordan bir çör-çöp yığan gəlmişdi. Özü də onu əsl azərbaycanlılara məxsus qonaqpərvərlikləqarşılayıb Şuşada “düt” deyənə qədər yedirdib içizdirmişdilər. Parisdə nə var ki, çör-çöp də olsun. Çör-çöp yığan parislidənbabamız Mirzə Fətəli vaxtilə necə lazımdısa elə o cür də bəhs etmişdi. Parisli hardan bilir ki, bizim şəhərdə “Nzs”, “Xırdalan”, “Efes” pivələrini noxudla, saçaqlı pendirlə içirlər. Bakının qutabından, paxlavasından və bədahətən deyilən meyxanəsindən isədünyanın heç bir şəhərində yoxdur.

Parisdə yaşasaydım, Akif  İslamzadəni, Şövkət Ələkbərovanı, Qulu Əsgərovu, Fatma  Mehralıyevanı, Hacıbaba Hüseynovudinləməyəcəkdim. Məmməd Arazdan, Xəlil Rza Ulutürkdən, M.H.Şəhriyardan, İsa Muğannadan, Mir Cəlal Paşayevdən,VaqifBayatlıdan, Ramiz Rövşəndən xəbərim olmayacaqdı. Qədir Rüstəmov, Canəli Əkbərov, Aşıq Ədalət Nəsibov, MəhərrəmQasımlı, Buludxan Xəlilov,Rəşad Məcid, Ramiz  Əskər, Firudin Cəlilov, Söhrab Tahir kimi ustadlarla salam-əleykum olmazdı.Bakı mənə xeyli sayda yaxşılıqlar edib, dəyərli ziyalıları tanıtdırıb. Bakının qadasını alım...

“Bu mevsimde vitirinleri az sulu

raki gibidir bu sehirin

Her adımın yalnızlıga uzanir

Yinede hızlı atılır adımlar

Koşulur bu sokaklarda

Herkes kendi türküsünü söyler

yüzünü buruşturarak

Herkes kendi hikayesini en acıklı sanır”.

(Abdullah Özdoğan)

Bəxtimə bax e: Allahın Sovet vətəndaşı da ola bilmədim.”Lenin baba” – deyə-deyə pioner həyatı da yaşayammadım. Uşaq vaxtıvalideynlərimə qırmızı pioner qalstuku aldırsam da, onu bircə gün belə geyinəmədim. Yaxşı ki  geyinməmişəm...

İndi anlayıram (səhv anlamıramsa) ki, Tanrı məni çox istəyir. O qırmızı şovinistlər Bakımın başına çox oyunlar açıb. Altındanvurub, üstündən çıxıblar...

Gözümü qayım-qədim oğuz türklərinin yuva qurub, yurd saldığı indi Ermənistan adlandırılan məmləkətin Calaloğlu mahalındaaçmışam. Məlum hadisələrdən sonra – 1988-ci il deportasiyası zamanı yüzminlərlə soydaşlarımız kimi biz də ailəlikcə öz dədə-baba yurd yerlərimizdən ayrıldıq. Sonra bütün həyatımızı köklü-köməcli Bakıya bağladıq. Lap çocuq vaxtımdan qürbətə atıldım,yurdsuzluğ ağrısı çəkdim. Azərbaycan Radiosunda “Yurd yeri” verilişinin aparıcısıyam. Verilişə yurd həsrətli şairləri, yazıçıları,xanəndələri dəvət edib onlarla birlikdə yurda qayıdıram. Hamıdan “Yurd yeri”ni xəbər alıram. Mənim yurd yerimi isə xəbər alsalarvə mən bu barədə yazsam ,danışsam bir az uzun çəkər. Necə deyərlər, “bu xəmir çox su aparar”. Necə ola bilər ki, bu şəhərdəyaşayım, oxuyub ali təhsil alım, iş-əmək fəaliyyətimə başlayım və Bakı məni jurnalist eləsin, amma Bakı haqqında bir cümləbelə yazmayım.

Bakı qəribə taleli şəhərdi. Bu yaşına kimi sinəsində odlar qalanıb, başına o qədər gün döyüb gəl görəsən. Ya da tərsinə – yelvurub, yengələr oynuyub. Bakı gözünü açandan o qədər qırğınlar, fəlakətlər, ağrılar, acılar görüb ki, adam bilmir, hansını desin.Birini deyirsən, biri qalır. Bu şəhər bu yaşına kimi nələri görməyib, kimlərə yoldaşlıq etməyib, onu bir Allah bilir...

Bakının dədə-baba yadigarı Qız Qalasıdır. Bu qalanın Bakıya xeyli xeyri dəyib. Qoca tarixi vərəqləsək, görərik ki: 1232-1235-ciillərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizindəgüclü donanma yaratdılar. Sonra XIII əsrin 30- cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhərialdılar. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Venesiya, İran, Hindistan tacirləri gəlib buradan Həştərxana, OrtaAsiyaya və Xəzərin cənub sahillərinə mal daşıdılar. 1918-ci ilin 30 martından aprelin 2-nə kimi bolşeviklər Bakıda minlərlə insanqətlinə fərman verdi. Ziyarətgahları yandırıb, əhalinin əmlakını müsadirə etdi. Kütləvi qırğınlar zamanı “Təzəpir” məscidi aramsıztop atəşinə tutuldu, memarlıq abidəsi “İsmailiyyə” binası yandırıldı. Bakı bunlara dözdü.

Bakımın yaşadığı faciənin üstündən bu il 96 il ötdü. İndi hər bir faciəsi haqqında yazsaq, danışsaq, onda gərək meşələr qələm,dəryalar mürəkkəb ola. Hamılıqca Bakının qeydinə qalmalıyıq. Onu hətta yağışdan, qardan, küləkdən  qorumalıyıq. 

Şərh