Goranboy rayonunda baş veren maraqlı hadisə

Goranboy rayonunda baş veren maraqlı hadisə

Bir ay bundan qabaq, övladım yediyi yeməkdən zəhərləndi. Təcili olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasının Uşaq poliklinikasına müraciət etdik. Lazımı ilkin tibbi yardımı göstərdikdən sonra uşaq həkiminin göstərişinə əsasən övladımın sidik, qan və nəciz analizləri üçün Laboratoriyaya baş vurduk. Orada övladımdan yalnız qan örnəkləri götürdülər. 1 saat keçdikdən sonra laborant mənə hər üç analizlərin cavablarını təqdim etdi. İnanın övladımın düşdüyü vəziyyət məni elə şoka salmışdı ki, nə etdiyimi bilmirdim. Lakin bir qədər keçdikdən sonra hər üç analiz cavablarına baxdıqda elə bilin ki loru dildə desək cinlərim oyandı ))). Biraz düşündüm və məndə sual yarandı ki, laboratoriyada necə yalnız qan örnəyi götürülərək hər üç analizin cavabını mənə təqdim etdilər. Üz tutdum yenə həmin laboratoriyaya. Sözü gedən xanımın üztünə inanın ki var gücümlə necə bağırdım ki, avtomatik olaraq keçdilər ikinci varianta. Başladılar ki, əşi Anası təmiz, Atası təmiz uşaqda nə çıxasıydı ki? Sonra pul belə təklif etdilər.

Mən bu barədə Səhiyyə Nazirliyinə müraciət etmişəm. Məqsədim övladlarımızın həyatlarına dırnaq arası yaxınlaşanların işlərinə son verdirmək di. Helələrinin çörəklərinə bais olmaq lazımdır.

Hörmətlə,

Fuad Ağakişiyev

Şərh