İdeya

İdeya

      Hər birimizin biznes ideyaları olur, lakin bu məhsulu istehsal etmək üçün lazım olacaq pul və marketing miqdarını düşünərək fikrimizdən vaz keçirik.

 www.kickstarter.com saytı məhz bu cür ideyalara dəstək vermək üçün yaradılıb. Deyək ki, sən pikniklərə aparılan kiçik soyuducuları bir azca dəyişib onların içinə spiker, mikser, USB və işıq əlavə etmək istəyirsən. Bir prototip hazırlamısan və daha çox məhsul istehsal etməyə pulun yoxdur və kimə satacağını bilmirsən. Onda köməyə Kickstarter gəlir. Məhsulunun videosunu hazırlayıb sayta yükləyirsən, məhsulunun qiymətini və yığmalı olduğun pulun miqdarını qeyd edirsən (goal) və sənin məhsulunu almaq istəyən insanlar pulu ödəyib məhsulu istehsal edib onlara göndərməyini gözləyirlər. Dediyim bu mobil soyuducu ideyası yaradıcısının $40.000-a ehtiyacı var idi, əvəzində $13 milyondan çox pul yığdı və sayt vasitəsilə minlərlə soyuducu satdı. Kickstarter saytında həm də incəsənət, teatr, rəqslə bağlı layihələrə də insanlar təmənnasız pul köçürürlər. Motivasiyaya ehtiyacım olanda Kickstarter saytına baxıram, layihələr və yığılan pullar çox ruhlandırıcıdır. 

Şərh